ÇSKA Moskvanın oyunçusu karyerasını Fransada davam etdirə bilər

ÇSKA-nın qapıçısı İlya Pamazun Fransa, Belçika və İsveçrə klublarından transfer təklifi alıb.

Sportline.az Metaratings.ru-ya istinadla xəbər verir ki, 27 yaşlı qolkiper karyerasını Avrokuboklarda çıxış edən bir klubda davam etdirmək istəyir.

Daha əvvəl futbolçunun agenti Aleksey Safonov futbolçunun Belçika və ya İsveçrədən gələn təklifləri nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi.

Ötən mövsümü icarə əsasında "Ural'da keçirən rusiyalı qolkiper meydana çıxdığı 34 oyunun 8-də qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Mosvka klubu ilə 2028-ci ilə qədər müqaviləsi olan İlya Pamazunun transfer dəyəri 2 milyon avrodur.