ÇSKA rusiyalı futbolçunu icarəyə göndərib

ÇSKA Moskva sol cinah müdafiəçisi Mixail Ryadnonu "Rodina" klubuna icarəyə verib.

Sportline.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 6 ay müddətinə nəzərdə tutulub və tərəflərin razılığı ilə mövsümün sonuna qədər uzadılması mümkündür.

Ötən mövsüm futbolçu 12 oyun keçirib və aktivinə 1 qol, 1 məhsuldar ötürmə yazdırıb.

Qeyd edək ki, "Rodina" Rusiya 1-ci Liqasında 2 turdan sonra 8-ci pillədə qərarlaşır.