Cokoviçin "Real"ın qoluna reaksiyası

Dünya tennisinin ulduzu Novak Cokoviç İspaniya çempionatının 32-ci turunun "Real" - "Atletik" görüşünü stadiondan izləyib.

Sportline.az xəbər verir ki, məşhur idmançının Federiko Valverdenin 90+3-cü dəqiqədə vurduğu qələbə qoluna çılğın reaksiyası diqqət çəkib.

Qeyd edək ki, serbiyalı tennisçi "Real" azarkeşi kimi də tanınır.

Aprelin 23-də Madriddə başlanacaq "Master" seriyalı turnirə qatılacaq Cokoviç Kral klubunun "Santyaqo Bernabeu"dakı matçını izləmək imkanının qaçırmayıb.