Cüdoçumuz "Böyük Dəbilqə"də qızıl medal qazanıb
Cüdoçumuz Şelim Çkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanıb.
Sportline.az xəbər verir ki, o, 81 kq-dək çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
Rəşid Məmmədəliyev bürünc mükafat uğrunda görüşdə uduzub.
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa qatılan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, "Böyük Dəbilqə" turniri oktyabrın 13-də başa çatacaq.