Cüdoçumuz bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Qran-Pri yarışı davam edir.

Sportline.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan cüdoçusu Telman Vəliyev (73 kq) komandamızın aktivinə medal yazdırıb. İdmançımız Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb.

Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev üçüncü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə ilə bürünc medala sahib olub.