Cüdoçumuz finalda uduzdu

Azərbaycan cüdoçusu Səid Mollayi İsrailin Yerusəlim şəhərində keçirilən "World Masters” turnirində final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı həlledici mərhələdə son dünya çempionu, gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşıb. Rəqibinə "qızıl xal"da "vaza-ari" ilə məğlub olan Mollayi yarışın gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın altı idmançısından yalnız Balabəy Ağayev (60 kq) bürünc medal qazanıb. Üç gün davam edəcək turnirə ölkəmiz 13 cüdoçu ilə qatılıb.