Dadaşov ABŞ-da növbəti qolunu vurdu

ABŞ birinci liqasında 4-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” doğma meydanda “Las Veqas Layts”la qarşılaşıb. Görüş “Finiks Rayzinq”in 5:1 hesablı qələbəsiylə başa çatıb.

Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, 2-ci dəqiqədə hesabı açıb. Bu, Rüfətin mğvsümdə ilk qolu olub.

Qeyd edək ki, "Feniks Rizinq” 4 turdan sonra 9 xalla liderdir.