Daha bir boksçumuz Avropa Oyunları ilə vidalaşdı
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.
Sportline.az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycan millisinin daha iki idmançısı rinqə çıxıb. Kişilərin yarışında 56 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyev 1/8 finalda Nikola Butsenkoya 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Qadınların mübarizəsində isə Məryəm Cəbrayılova Avropa Oyunlarındakı çıxışını başa vurub. 69 kq çəki dərəcəsində döyüşən idmançımız 1/8 final mərhələsində macarıstanlı Vivyen Budaiyə 1:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu gün boksçularımızdan Məsud Yusifzadə (52 kq) Dmitri Zamotayevlə (Ukrayna), Lorenso Sotomayor (69 kq) Adem Fetahoviçlə (Bosniya və Herseqovina) üz-üzə gələcək.