Daha bir futbol klubu fəaliyyətini dayandırdı

Naxçıvanın “Darıdağ” Futbol Klubu fəaliyyətini dayandırıb.

SportLine.az "Report"a istinadən xəbər verir ki, bu səbəbdən klub ləğv edilib.

Qeyd edək ki, “Darıdağ” Futbol Klubu muxtar respublikanın Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərib.