Daha bir olimpiya lisenziyalı turnir təxirə salındı

İyunda Yaponiyada keçirilməsi planlaşdırılan boks üzrə Dünya Olimpiya Təsnifat turniri ləğv ediləcək.

Sportline.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, səbəb koronavirusla bağlı epidemioloji vəziyyətlə yanaşı, Avropa Olimpiya Təsnifat Turnirinin apreldən iyuna təxirə salınmasıdır.

Bildirilib ki, bunun əvəzinə olimpiadaya son vəsiqənin sahibləri reytinqə görə müəyyənləşdiriləcək.

Qeyd edək ki, 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli olan Tokio Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqusta təxirə salınıb.