Daha bir ölkədə çempion bəlli oldu
Polşa Ekstraklasasında 2022-2023 mövsümünün qalibi müəyyənləşib
Sportline.az xəbər verir ki, "Rakuv" ən yaxın izləyicisi "Legiya"nın 31-ci turda xal itirməsindən sonra sona üç tur qalmış çempionluğunu təmin edib.
Komanda 71 xalla liderdir və "Legiya"nı 11 xal qabaqlayır.
Qeyd edək ki, 2019/2020 mövsümündə əsas liqaya yüksələn "Rakuv" tarixində ilk dəfə Ekstraklasanın qalibi olub.