Darvin Nunyes İspaniya nəhənginə transfer olmaq istəyir

"Liverpul"un uruqvaylı forvardı Darvin Nunyes karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Sportline.az jurnalist El Larqueronun məlumatına istinadən xəbər verir ki, "Atletiko Madrid" Nunyesi heyətinə cəlb etmək istəyir.

25 yaşlı futbolçu Madrid klubuna transfer olmaq niyyətindədir.

Qeyd edək ki, Darvin Nunyes bu mövsüm çıxış etdiyi 46 matçda 7 qol 7 asist müəllifi olub.