DÇ-2022: KXDR Cənubi Koreyada oynamaqdan imtina etdi

KXDR yığmasının futbolçuları iyunda Cənubi Koreyada keçirilməli olan 2022-ci il dünya çempionatının Asiya zonası üzrə seçmə oyunlarda iştirakdan imtina edib.

Sportline.az KBC telekanalına istinadən xəbər verir ki, ötən həftən Asiya Futbol Konfederasiyasına müvafiq bildiriş göndərilib.

KXDR Futbol Assosiasiya səbəb kimi koronavirus infeksiyası ilə əlaqədar təhlükəni səbəb göstərib.

Cənubi Koreya qrupda ev sahibi kimi seçilib. Şimali və Cənubi Koreya yığmaları arasındakı oyun isə iyunun 7-də keçirilməlidir.

KXDR və Cənubi Koreya yığmaları H qrupunda Türkmənistan, Livan və Şri-Lanka milliləri ilə birgə yer alıb. 8 qrupun qalibləri və ikinci yeri tutanlardan 4 ən yaxşı komanda növbəti raundda yüksələcəklər.

Asiya Futbol Konfederasiyası Pxenyandan qərarına yenidən baxmağı xahiş edəcək.