DÇ-2022: Malta - Rusiya matçı baş tutmaya bilər
Malta və Rusiya yığmaları arasında DÇ-2022-nin seçmə mərhələ oyununun keçirilməsi sual altına düşüb.
Sportline.az Malta mətbuatına istinadən xəbər verir ki, qarşılaşma baş tutmaya və ya başqa ölkədə oynanıla bilər.
Buna səbəb Maltada pandemiya ilə bağlı bütün idman tədbirlərinin aprelin 11-dək qadağan olunmasıdır. Yerli futbol assosiasiyası hökumətdən bu görüş üçün istisna tətbiq olunmasını xahiş edib. Lakin hələlik son qərar verilməyib.
Qeyd edək ki, Malta - Rusiya matçı martın 24-də keçirilməlidir.