DÇ-2022: Yaponiya rəqibini 14 cavabsız qolla məğlub etdi
Futbol üzrə 2022-ci il dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsində II mərhələnin daha bir oyunu başa çatıb.
Sportline.az xəbər verir ki, Yaponiya yığması F qrupunda Monqolustanın qonağı olub.
Qarşılaşma yaponiyalıların 14:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə rəqibini 5 dəfə məyus edən "gündoğar ölkə" təmsilçisi ikinci yarıda daha 9 qol vurub.
Bu qələbə sayəsində xalını 15-ə çatdıran Yaponiya liderliyini davam etdirir. Monqolustan isə 3 xalla sonuncu - 5-ci pillədə qərarlaşıb.