De Brüyne "Mançester Siti"ni tərk edir

"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüyne mövsümün sonunda komandasını dəyişəcək.

Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, De Brüyne MLS-in "San Dieqo" klubuna transfer olmağa yaxındır.

33 yaşlı yarımmüdafiəçi "Mançester Siti"dən azad agent kimi ayrılacaq.

Qeyd edək ki, Kevin De Brüyne bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 4 qol və 7 məhsuldar ötürmə müəllifi olub.