De Byazi çempionatın bombardirindən imtina etdi
DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Serbiyanı qəbul edəcək Azərbaycan millisinin oyun üçün heyəti məlum olub.
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Canni de Byazi 7 futbolçunu siyahıya daxil etməyib. Onlar arasında Azərbaycan Premyer Liqasının bombardiri Namiq Ələsgərov da var.
Sərəncamında 30 oyunçu olan italiyalı mütəxəssis Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfovu da "23-lüy”ə daxil etməyib.
Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə
Yarımmüdafiəçilər: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.