De Byazi ilə bağlı qərar veriləcək vaxt bilindi
Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postundakı taleyinə aydınlıq gələcəyi vaxt açıqlanıb.
Sportline.az xəbər verir ki, bu, oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasında bəlli olacaq.
İK saat 15:00-da start götürəcək toplantıda millinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.
Bundan əlavə, iclasda digər məsələlərə də baxılacaq:
- - Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə
- - Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi
- - Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi
- - Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi
- - Digər məsələlər