De Byazi üç futbolçunu siyahıdan çıxardı

Azərbaycan seçməsi bu gün Millətlər Liqasında Qazaxıstanı qəbul edəcək.

Sportline.az xəbər verir ki, saat 20:00-da başlanacaq oyun üçün millinin ilkin heyəti açıqlanıb.

Millinin baş məşqçisi Canni De Byazi 26 oyunçudan 3-nü - Riçard Almeyda (cəzalı), Amin Seydiyev və Qismət Alıyevi siyahıdan çıxarıb.