De Lixt: “Erik Ten Haqa görə “Mançester Yunayted”ə transfer olmadım”

“Mançester Yunayted”in niderlandlı futbolçusu Matias De Lixt maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Mançester Yunayted"də xoşbəxt olduğunu söyləyib.

“Bəli bütün fikrimi “Mançester Yunayted”ə yönətmişəm. Burada qalıb kuboklar qazanmaq istəyirəm. “Mançester Yunayted” hər zaman dünyanın ən yaxşı klublarından biri olub. Mən burada xoşbəxtəm. Erik Ten Haqla yaxşı münasibətimiz var idi. Lakin o burdan ayrıldı. Mən Erik Ten Haqa görə “Mançester Yunayted”ə transfer olmamışam. Bu klubu sevdiyim üçün bura gəldim. Özümü əla hiss edirəm”, - deyə M.De Lixt bildirib.

Qeyd edək ki, Matyas De Lixt bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 1 qolla yadda qalıb.