De Yonq "Barselona"da qalmaq niyyətindədir
"Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonq klubda qalmaq istədiyini açıqlayıb.
Sportline.az "Cadena Ser" nəşrinə istinadən xəbər verir ki, De Yonq Kataloniya klubu ilə yeni müqavilə imzalamaq niyyətindədir.
28 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Frenki De Yonq bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 2 qol 2 asistlə yadda qalıb.
Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avro olaraq qiymətləndirilir.
Xatırladaq ki, F.De Yonq 2019-cu ilin yayında "Ayaks"dan "Barselona"ya 86 milyon avro qarşılığında transfer olmuşdu.