Dəniz Yılmaz "Beşiktaş"a qol vurdu, komandası uduzdu
Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir.
SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" "Beşiktaş"ın qonağı olub. Qarşılaşma "qara qartal"ın qələbəsi ilə yekunlaşıb - 3:1.
D.Yılmaz 46-cı dəqiqədə meydana daxil olub və 53-cü dəqiqədə komandasının yeganə qoluna imza atıb.