Dəniz Yılmaz oynadı, komandası 3 xal qazandı

Azərbaycan millisinin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" Türkiyə Super Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Konyaspor" kollektivi olub.

Qarşılaşma Ankara təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

D.Yılmaz 2-ci hissənin startında meydana daxil olub.

Qeyd edək ki, günün digər görüşündə "Beşiktaş" "Kasımpaşa"nı xalsız qoyub - 2:1.

Standings provided by Sofascore LiveScore