Dəniz Yılmaz oynadı, komandası məğlub oldu
Türkiyə Super Liqasında yeni mövsüm başlayıb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Başakşəhər" doğma meydanda "Bursaspor"la üz-üzə gəlib.
Oyunun taleyini bir qol həll edib. Elyero Eliyanın qolu meydan sahiblərinə qələbə qazandırıb.
Azərbaycan millisinin üzvü Dəniz Yılmaz qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.