Denzel Dumfiris "Liverpul"a keçir?
"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris "Liverpul"a keçidi gündəmdədir.
Sportline.az xəbər verir ki, bu haqda "Tutto Mercato" nəşri məlumat yayıb.
29 yaşlı futbolçunun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, D.Dumfiris cari mövsüm meydana çıxdığı 16 matçda 3 qolla yadda qalıb.