Depayın "Atletiko"dan ayrılıq səbəbi bilindi

Memfis Depayın "Atletiko"dan ayrılmasına səbəb olan məsələ üzə çıxıb.

Sportline.az xəbər verir ki, sən demə, Depay baş məşqçi Dieqo Simeone ilə münaqişəyə görə bu vəziyyətlə üzləşib.

Bu haqda İspaniyanın "Cadena SER" radiosunun jurnalisti Pedro Fullana məlumat yayıb.

Baş məşqçinin narazılığı isə niderlandlı forvardın fiziki hazırlığa diqqət yetirməməsindən qaynaqlanıb.

Simeonenin fikrində Depay mövsümün son oyunlarına tam hazır olmayıb. 

Qeyd edək ki, 30 yaşlı hücumçu 2023-cü ilin yanvarında Madrid klubuna transfer olunmuşdu.

Cari mövsümdə 31 oyunda meydana çıxan Depay rəqib qapılarına 9 qol vurub.