Derbi üçün 5 manata VIP bilet

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək "Neftçi” – "Keşlə” oyununun biletləri satışa çıxarılıb. SportLine.az xəbər verir ki, azarkeşlər VİP yerlərə 5, qalan bütün sektorlara isə 1 manat ödəməklə bilet ala bilər.

Paytaxt derbisinin biletləri matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionundan və arenanın ərazisindəki rəsmi fanşopdan əldə etmək mümkündü.

Qeyd edək ki, noyabrın 25-də 8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.