Deyvis son qərarını yanvar ayında verəcək

“Bavariya”nın kanadalı futbolçusu Alfonso Deyvis karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Sportline.az insayder Kristian Folkun məlumatına istinadən xəbər verir ki, “Bavariya”ın rəhbərliyi Deyvisə 4 illik yeni müqavilə təklif edib. Lakin Deyvis bu təklifə hələki cavab verməyib.

Deysin son qərarını yanvar ayında verəcək. “Mançester Yunayted” Deyvis üçün yanvar ayında “Bavariya”ya rəsmi təklif göndərəcək.

Qeyd edək ki, 24 yaşlı futbolçunun hazır dəyəri “Transfermarkt” portalına görə 50 milyon avrodur.

Alfonso Deyvisin “Bavariya” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.