Dibala karyerasını Türkiyədə davam etdirə bilər

“Roma”nın argentinalı futbolçusu Paulo Dibala yanvar ayında klubdan ayrılacağı gözlənilir.

Sportline.az “ntvspor.net” saytına istinadən xəbər verir ki, “Fənərbağça” rəhbərliyi 30 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Tərəflər arasında danışıqlar davam edir. “Fənərbağça” Dibala üçün “Roma”ya 15 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Paulo Dibala bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 1 qolla yadda qalıb.