Din Haysen "Bormunt"u tərk edə bilər

"Bormunt"un ispaniyalı futbolçusu Din Haysen "Real Madrid" və "Bavariya"nın maraq dairəsinə düşüb.

Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Haysen üçün 45 milyon avro tələb edir.

20 yaşlı stoperin "Bormunt"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm çıxış etdiyi 30 matçda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.