Din Haysen bu kluba transfer olmaq istəyir

"Bormunt"un ispaniyalı müdafiəçisi Din Haysen karyerasını "Real Madrid"də davam etdirmək istəyir.

Sportline.az jurnalist Josep Pedrerolun məlumatına istinadən xəbər verir ki, Din Haysen üçün "Real Madrid" "Bormunt"la görüşmələrə başlayıb.

20 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Din Haysenin transfer qiyməti 45 milyon avro olaraq təyin olunub.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 3 qol 1 asistlə yadda qalıb.