Din Haysen üçün İspaniya nəhəngi hərəkətə keçib
"Bormunt"un ispaniyalı futbolçusu Din Haysen karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, "Real Madrid" Hayseni transfer etmək üçün hərəkətə keçib.
20 yaşlı futbolçunun transfer qiyməti 45 milyon avrodur. O, cari mövsüm çıxış etdiyi 33 matçda 3 qol 1 asistlə yadda qalıb.
Qeyd edək ki, Din Haysenin "Bormunt"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.