"Dinamo" çempionluq yolunda ağır zərbə alıb

Rusiya Premyer Liqasının 23-cü turunun mərkəzi görüşünə “Dinamo” “Spartak” ilə üz üzə gəlib.

Sporline.az xəbər verir ki, doğma meydanda “Spartak” ilə qarşılaşan “Dinamo” rəqibinə 1-2 hesabı ilə məğlub olub.

Ardıcıl olaraq 2-ci məğlubiyyətini yaşayan “Dinamo” çempionluq mübarizəsində ağır zərbə alıb.

Qeyd edək ki, RPL-in 22 turundan sonra turnir cədvəlinə 44 xalla “Zenit” başçılıq edir.

İkinci sıradakı “Krasnodar”ın 43 xalı var.

İlk üçlüyü 38 xalla “Dinamo” qapayır.