"Dinamo" Mahaçkala əlcəzairli futbolçu ilə güclənib

Premyer Liqanın debütantı Mahaçkala "Dinamo"su heyətini yarımmüdafiəçi ilə gücləndirib.

Sportline.az klubun rəsmi hesabına istinadla xəbər verir ki, "Beluizdad" komandasında çıxış edən Ussem Mreziqlə rəsmi müqavilə imzalanıb.Müqavilənin detalları hələ ki açıqlanmayıb.

24 yaşlı futbolçu 2020-ci ildən "Beluizdad" klubunda oynayırdı.Əlcəzair çempionatında 82 oyuna çıxan Mreziq aktivinə 3 qol və 3 məhsuldar ötürmə yazdırıb.O, komandası ilə üç dəfə ölkə çempionatının qalibi olub.

Qeyd edək ki, Mreziq Əlcəzair millisi ilə 2021-ci ildə Ərəb Millətləri Kubokunda və 2023-cü ildə Afrika Millətlər Çempionatında iştirak edib.