"Dinamo Mahaçkala - "Dinamo" Moskva oyunu bir dəqiqəlik sükutla başlayacaq

RPL-in 10-cu turunun "Dinamo" (Mahaçkala) –  "Dinamo" (Moskva)  oyunu Dağıstanda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla başlayacaq.

Sportline.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyası məlumat yayıb.

Sentyabrın 27-də Mahaçkala şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub və sonra yanğın baş verib. Son məlumatlara görə, ikisi uşaq olmaqla 13 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Qeyd edək ki, matç sabah saat 20:00-da "Anji Arena"da keçiriləcək.