"Dinamo" rusiyalı oyunçu ilə yeni müqavilə imzalayıb
Moskva "Dinamo"su yarımmüdafiəçi Daniil Fominin müqavilə müddətini uzadıb.
Sportline.az Sport24.ru-ya xəbər verir ki, 27 yaşlı futbolçu ilə 2024-2025 mövsümünün sonuna kimi razılıq əldə elilib.
Bu sezon RPL-da 4 oyuna çıxan Fomin aktivinə 1 asist yazdırıb.
O, 2020-ci ildən Rusiya millisinin üzvüdür.
Qeyd edək ki, "Dinamo" 7 turdan sonra yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.