Dino Ndlovunun zədəsi ciddidir?
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "İnter"ə qarşı görüşdə zədələnən "Qarabağ"ın hücumçusu Dino Ndlovunun vəziyyətinə sabah aydınlıq gələcək. SportLine.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.
İkinci qol epizodunda ayağından zədələnən D.Ndlovu sabah tibbi müayinədən keçəcək və onun hansı müddətə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşəcək.
Xatırladaq ki, "İnter" - "Qarabağ" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.