Donnaruma "Real"ın hədəfində

"Real" "Milan"ın qapıçısı Canluici Donnarumanı transfer etmək niyyətindədir.

SportLine.az "Marca"ya istinadən xəbər verir ki, De Xea planları suya düşən "kral klubu" 18 yaşlı futbolçunu hədəf alıb. "Milan"la növbəti mövsümün sonunadək müqaviləsi olan C.Donnarumanın keçidi üçün La Liqa təmsilçisinin italiyanlara yaxın günlərdə rəsmi təklif ünvanlayacağı gözlənilir.

Qeyd edək ki, C.Donnaruma ötən mövsüm çıxış etdiyi 38 oyunda qapısında 45 qol görüb.