Dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib

Avropa Oyunları Parkında dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib.

Sportline.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirdə müxtəlif dövlət qurumları iştirak edib.

Qadınlar arasında yarışın qalibi Gənclər və İdman Nazirliyi olub. İkinci yeri AZAL, üçüncü yeri isə SOCAR komandası tutublar.

Kişilər arasında yarışın çempionu Fövqəladə Hallar Nazirliyi olub. Gənclər və İdman Nazirliyi ikinci, SOCAR üçüncü pillədə qərarlaşıb.