Dünya çempionatı Afrikada keçirilə bilər

2027-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatı Cənubi Afrika Respublikasında (CAR) keçirilə bilər.

Sportline.az BBC-yə istinadən xəbər verir ki, CAR mundial üçün namizədliyini irəli sürəcək.

Niderland, Belçika və Almaniya da yarışa birlikdə ev sahibliyi etmək niyyətindədir. Bundan əlavə, Skandinaviya ölkələri - Danimarka, Norveç, Finlandiya və İsveç artıq turnir üçün ərizəsini təqdim edib.

Qeyd edək ki, indiyədək qadınlar arasında dünya çempionatı Afrika qitəsində keçirilməyib. CAR 2010-cu ildə kişilər arasındakı mundiala ev sahibliyi edən yeganə Afrika ölkəsidir.