"Dünya çempionatına Azərbaycan kimi komandaları udanlar gedəcək"
Serbiya millisinin futbolçusu Stefan Mitroviç DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Azərbaycanla keçirəcəkləri oyundan danışıb.
Sportline.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ötən gün 2-ci turda Portuqaliya ilə heç-heçə etdikləri matçdan sonra açıqlamasında deyib:
"Azərbaycana soyuq başla getməliyik. Dünya çempionatına bu cür daha zəif rəqiblərlə oyunlarda xallar toplayan komanda gedəcək. Bu, köklənməli olduğumuz oyundur".
Qeyd edək ki, martın 30-da keçiriləcək Azərbaycan - Serbiya görüşü 20:00-da başlayacaq.