dünya çempionatının püşkatma mərasiminin tarixi bəlli olub
Bu il Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi martın 12-də baş tutacaq.
Sportline.az xəbər verir ki, tədbirə mundialda çıxış edəcək yığmaların nümayəndələri ilə yanaşı, beynəlxalq minifutbol federasiyalarının rəsmi şəxsləri də dəvət olunub.
Püşkatma mərasiminin martın 12-də təşkil edilməsi təsadüfi deyil. Belə ki, tədbirə dəvət alan şəxslər bir gün əvvəl Bakıda minifutbol üzrə Azərbaycan çempionatının final matçını izləyəcəklər.