Dünya çempionu nədən zövq aldığını açıqladı
MMA üzrə sabiq dünya çempionu Fyodr Yemelyanenko idmandan kənar həyatından danışıb.
Sportline.az "Sport-express"ə istinadən xəbər verir ki, rusiyalı idmançı gənclərlə görüşündə bununla bağlı fikirlərini bölüşüb: "Hazırda əsas istəyim və arzum nədən xoş təəssürat alacağımla bağlıdır. Yəqin ki, bu məsələdə əsas rolu uşaqlar oynayır. Onlarla daha çox vaxt keçirməyi arzulayıram. Bu yaxınlarda nəvəm dünyaya gəlib. Qarşımda duran əsas vəzifə onların arzularını həyata keçirməkdir. Bundan hədsiz dərəcədə zövq alıram" - 46 yaşlı Yemelyanenko belə deyib.