Dünya kubokuna qatılacaq heyət açıqlandı
Rusiyanın Soçi şəhərində keçiriləcək şahmat üzrə Dünya Kubokunun bütün iştirakçıları açıqlanıb.
Sportline.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, iyulun 10-da start götürəcək yarışa 206 kişi, 103 qadın şahmatçı qatılacaq.
Avqustun 8-dək davam edəcək Dünya Kubokunda Azərbaycan da təmsil olunacaq. Kişilərin mübarizəsində 2019-cu ildə keçirilmiş son Dünya Kubokunun qalibi Teymur Rəcəbov, reytinq favoritlərdən biri kimi Şəhriyar Məmmədyarov, yerli federasiyadan Vasif Durarbəyli və FIDE-nin vayld-kartı ilə Nicat Abbasov çıxış edəcək. Qadınların yarışında isə Avropadan Günay Məmmədzadə (2018), Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova (2019), yerli federasiyadan Gülnar Məmmədova iştirak edəcək.
Kişilər 1/128 finaldan, qadınlar 1/64 finaldan başlayaraq, olimpiya sistemi üzrə mübarizə aparacaqlar. Kişilərdən qalib və finalçı, qadınlardan 3 ən yaxşı iştirakçı Dünya Kubokuna vəsiqə qazanacaq.