Dünya Qadın Seriyasının Bakı mərhələsinə start verilir

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, yarışda Azərbaycan millisi da daxil olmaqla 16 komanda iştirak edəcək.

A qrupunda qərarlaşan yığma saat 16:00-da Niderland millisi, 17:50-də isə Çexiyanın “Praqa” klubu ilə üz-üzə gələcək. Oyunlar "Sea Breeze"də keçiriləcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Pley-off matçları mayın 27-də baş tutacaq.