Dursun Özbek “Fənərbağça”nı tənqid edib
“Fənərbağça”nın 5-ci ulduz tələbi Dursun Özbeki qəzəbləndirib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Qalatasaray”ın prezidenti Dursun Özbek mətbuat konfrasında “Fənərbağça” kimi bir kluba belə hərəkətləri yaraşdırmıram. Əgər yenidən qurum yaradıb 50 il öncə baş verənlərə nəzər salacaqlarsa TFF nəyə lazımdır? Belə bir deyim var: Müflis olan tacirlər köhnə dəftərlərə baxarlar. “Fənərbağça” kimi köklü komandaya belə hərəkətlər yaraşmır”, - deyib.
Qeyd edək ki, “Fənərbağça” klubu Dursun Özbekin bu açıqlamasına heç bir reaksiya verməyib.