Dursun Özbəkdən "Fənərbağça" prezidentinə sərt sözlər
"Qalatasaray" prezidenti Dursun Özbək bu gün keçirilən mətbuat konfransında gündəmlə bağlı açıqlamalar verib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Dursun Özbək keçirdiyi mətbuat konfransında bu fikirləri səsləndirib.
"Bu hadisələrə səbəb olan baş əxlaqsız şəxs barəsində lazımı cinayət işləri qaldırmışıq. Ali Koçun etdikləri mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Bütün türkiyə bir layihə olduğunuzu görəcək. Bunun hesabını verəcəksiniz!"-deyə Dursun Özbək çıxışında bildirib.
Qeyd edək ki, "Fənərbağça"nın prezidenti Ali Koç dünən oyundan sonra meydanda daxill olaraq "Qalatasaray" rəsmilərinə hədə qorxu gəlib.