ECA-nı UEFA-da təmsil edəcək şəxslər bəlli oldu
İsveçrənin Montrö şəhərindəki UEFA Konqresində Avropa Klublar Birliyini (ECA) qitə futbol qurumunda təmsil edəcək yeni nümayəndələr bəlli olub.
Sportline.az xəbər verir ki, Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi və Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge ECA təmsilçiləri olaraq təsdiqləniblər. Onlar 2024-cü ilədək sözügedən vəzifəni icra edəcəklər.
Qeyd edək ki, İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli Avropa Klublar Birliyinin prezidenti vəzifəsindən istefa verib.