Eddi İsrafiovun yeni klubu müəyyənləşdi

Azərbaycan millisinin üzvü Eddi İsrafilov "Ximnastik"lə yollarını ayırıb. SportLine.az xəbər verir ki, futbolçu karyerasına "Alkorkon"da davam edəcək.

Eddi yeni klubu ilə 2020-ci ilin yayına kimi razılığa gəlib.

Qeyd edək ki, İspaniya "Sequnda"sında mübarizə aparan "Alkorkon" 24 turdan sonra 22 komanda arasında 16-cıdır.