Edin Cekonun yeni klubu bilinib

"Fənərbağça"dan ayrılan bosniyalı futbolçu Edin Ceko karyerasını "Fiorentina"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikolo Şıkiriya məlumat yayıb.

Ceko İtaliya klubuna azad agent kimi transfer olacaq.

Qeyd edək ki, 39 yaşlı hücumçu "Fiorentina" ilə 2 illik müqavilə imzalayacaq.

O, ötən mövsüm meydana çıxdığı 53 matçda 21 qol 8 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Ceko karyerası ərzində "Fənərbağça" ilə yanaşı, "Zeleznikar", "Teplis", "Usti Nad Labem", "Volsburq", "Mançester Siti", "Roma" və "İnter" kimi klublarda çıxış edib.